"Qalatasaray" "Fənərbağça"nın keçmiş futbolçusunu transfer edə bilər

"Qalatasaray" klubu uzun müddət "Fənərbağça"da çıxış edən macarıstanlı futbolçu Atilla Salayini icarə əsasında transfer etmk qərarına gəlib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Almaniyanın "Xofenxaym" klubunda çıxış edən 25 yaşlı müdafiəçi yenidən Türkiyə Super liqasında çıxış etmək istədiyini deyib. 

Atilla Salayi 6 ay müddətinə "Qalatasaray"a trasnfer oluna bilər. "Sarı qırmızlar" futbolçunun performanısndan razı qaldıqları təqdirdə Almaniya klubuyla danışıqlar masasına əyləşəcəyii bildirib. 

Qeyd edək ki, Atilal Salayi bu mövsüm "Xofenxaym" formasıyla cəmi 5 matçda meydana çıxıb.