"Qalatasaray" forma satışında rekorda imza atmaq istəyir
"Qalatasaray"ın Türkiyənin100-cü ili üçün hazırladığı forması 90 min ədəd satılıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-kırmızılar" satışndan razı qaldıqları üçün 400 min forma sifariş ediblər.
"Qalatasaray" klubu Türkiyə tarixində ilk dəfə 90 min üzərində forma satışı edən klub statusunu ələ almaq niyyətindədir.
Qeyd edək ki, İstanbul nəhəngləri "Fənərbağça" ilə Super Kubok matçına da bu forma ilə çıxacağını açıqlayıb.