"Qalatasaray" fransalı futbolçuyla yollarını ayırmaq qərarına gəlib
"Qalatasaray" klubu "Tottenhem" klubundan icarə əsasında transfer etdiyi Tanquy Ndombeleni komandadan göndərir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Okan Buruk və futbolçu arasında yaşanan gərginlikdən sonra Tanquy Ndombele əsas heyətdə çıxış edə bilməyib.
"Sarı-qırmızılar"ın rəhbərliyi isə heyəti yeni futbolçularla gücləndirmək istədiklərini və Tanquy Ndombelenin performansından razı qalınmadıqlarını bildiriblər.
Qeyd edək ki, Tanquy Ndombele bu mövsüm "Tottenhem" klubundan icarə əsasında "Qalatssaray"a transfer olunmuşdu.