"Qalatasaray" nigeriyalı futbolçu üçün təklif göndərib
"Qalatasaray" klubu nigeriyalı hücuma meyilli yarımmüdafiəçi Rafael Onyedika üçün "Brügge"yə təklif göndərib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı qırmızlar" 22 yaşlı futbolçu üçün Belçika klubuna 12 milyon avro təklif edib.
"Brügge" klubunun rəhbərləri ən qısa müddətdə futbolçun transferiylə bağlı qərarını verəcəyini açıqlayıb.
Qeyd edək ki, "Brügge" klubu Rafael Onyedika üçün "Midyuland" klubuna 9,5 çilyon avro ödəmişdi. Nigeriyalı futbolçunun Belçika klubu ilə müqaivəlsi 2027-ci ildə bitəcək.