"Qalatasaray" portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir
"Qalatasaray" portuqaliyalı yarımmüdafiəçi Renato Sançesin transferində maraqlıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 26 yaşlı futbolçu üçün "PSJ" klubuna 10 milyon avro ödəməli olacaq.
Türkiyə nəhəngi Renato Sançesi icarə əsasında transfer etmək üçün Fransa klubuyla razılıq əld etmək istəyir.
Qeyd edək ki, Reanto Sançes bu mövsüm icarə əsasında şərəfini qoruduğu "Roma" klubunda çıxdığı 9 oyunda 1 qolla yadda qalıb.