"Qalatasaray" portuqaliyalı futbolçunu transfer etməyə hazırlaşır

"Qalatasaray" klubu  portqualiyalı yarımmüdfiəçi Reanato Sançesi heyətinə qatmaq niyyətindədir. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 26 yaşlı futbolçunun "Roma" ilə yollarının ayrıldığı bildirilib. Yaz transfer pəncərəsində Reato Sançeslə maraqlanan "Qalatasray" futbolçu ilə danışıqlar masasına əyləşməyə hazırlaşır. 

Renato Sançes isə məsələ ilə bağlı açqılma verməyib. 

Qeyd edək ki, Reanto Sançes daha öncə "PSJ","Benfika" və "Bavariya" klublarının şərəfini qoruyub.