"Qalatasaray" qabonlu futbolçusu ilə vidalaşa bilər

"Əl-Şabab" klubu "Qalatasaray"ın qabonlu futbolçusu Mario Leminanı heyətinə qatmağı düşünür.

Sportline.az "Arriyadiyah"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Fatih Terim 31 yaşlı futbolçunu komandasında görmək istəyir.

Lemina karyerası ərzində çıxış etdiyi 371 matçda 19 qol 12 asistlə yadda qalıb.

Qeyd edək ki, təcrübəli futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 7.5 milyon avrodur.