"Qalatasaray" qış transfer pəncərəsində heyətini ispaniyalı futbolçuyla gücləndirmək istəyir
Türkiyə nəhəngi "Qalatasaray" Fransanın "PSJ" klubunda çıxış edən ispaniyalı yarımmüdafiəçini transfer etmək istəyir.
Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızılar" 26 yaşlı Karlos Soleri heəyirinə qatmaq istəyirlər.
"PSJ" klubu ilə danışıqlara başlayan "Qalatssaray" futbolçu üçün 12,5 milyon avro təklif etsə də Fransa klubu qəbul etməyib.
Qeyd edək ki, Karlos Soler bu mövsüm "PSJ" formasıyla çıxdığı 14 oyunda 1 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.