"Qalatasaray" rəhbərliyi Nelsson və Boeyin transferiylə bağlı yekun qərarını verdi

"Qalatasaray" rəhbərliyi Viktor Nelsson və Saşa Boey haqqında yekun qərarını verib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" Viktor Nelsson üçün gələn təklifləri dəyərləndirəcəyini, Saşa Boeyin isə satılmayacağını açıqlayıb. 

Danimarkalı müdafiəçi Viktor Nelsson "Qalatasaray" rəsmiləriylə görüşüb və gələn təklifi qəbul etmələrini istəyib.

Qeyd edək ki, "sarı qırmızılar" 2026-cı ilədək müqaviləsi olan Viktor Nelsson üçün 15 milyon avro tələb edir.