"Qalatasaray" seçimini etdi

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Qalatasaray"da ilin futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, klubun İdarə Heyəti və İş Adamları Dərnəyi niderlandlı müdafiəçi bu şərəfə Rayan Donku layiq görüb.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2016-cı ildən İstanbul klubunun uğurları üçün çalışır.  

O, komandanın heyətində meydana çıxdığı 79 oyunda 5 qolun müəllifi olub.

Xatırladaq ki, Sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlanacaq.