"Qalatasaray" ulduz futbolçunun transferinə hazırlaşır
"Qalatasaray" gələn mövsüm UEFA Çempionlar Liqasında daha uğurlu nəticə qazanmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi həm bu, həm də ölkədaxili yarışlarda maksimum vəzifəni yerinə yetirmək üçün heyəti gücləndirməyi planlaşdırır.
"Fotomaç"ın yaydığı xəbərdə potensial transferlərdən birinin Bernardo Silvanın adı ilə bağlı olduğu bildirilir.
30 yaşlı portuqaliyalının "Mançester Siti"dən ayrılmaq ehtimalı istanbulluları daha da ümidləndirib.
2026-cı ilin iyununadək mançesterlilərlə müqaviləsi olan futbolçunun gələn mövsüm "Qalatasaray" forması geyinəcəyi gözlənilir.
Qeyd edək ki, Bernardo Silva bu mövsüm "Mançester Siti" ilə meydana çıxdığı 45 oyunda 4 qol və 4 asist müəllifi olub.