"Qalatasaray"da daha bir itki
"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Qalatasaray"ın daha bir futbolçusu Bakıdakı oyunu buraxacaq.
Sportline.az xəbər verir ki, zədəli Əmrə Akbaba ilə yanaşı, yeni transfer Peter Etebo da Bakı Olimpiya Stadionunun meydanına çıxa bilməyəcək.
"Stok Siti"dən icarəyə götürülən 25 yaşlı yarımmüdafiəçinin fiziki hazırlığının qaydasında olmadığı bildirilir. İyunun 15-dən bəri yüksək templi məşqdə iştirak etməyən nigeriyalı futbolçu xüsusi proqram üzrə hazırlaşır. Bu səbəbdən o, Super Liqanın "Qaziantep"lə keçiriləcək 1-ci tur matçını və "Neftçi" ilə qarşılaşmanı kənardan izləyəcək.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" görüşünün start fiti saat 20:00-da səslənəcək.