"Qalatasaray"dan Braziliya klubuna

"Qalatasaray"dan ayrılan Marianonun yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, braziliyalı müdafiəçi ölkəsinin "Atletiko Mineyro" klubuna transfer olunub. Bu barədə Braziliya təmsilçisinin prezidenti Serxio Sette Kamara özünün "Tvitter" hesabında yazb.

Qeyd edək ki, 2017-ci ildən İstanbul təmsilçisində oynayan Mariano bu yay klubdan ayrılmışdı. O, "Cim-Bom"da 84 matçda 2 qol vurub.