"Qalatasaray"dan daha bir transfer

"Qalatasaray" növbəti transferini həyata keçirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq "Kasımpaşa"da oynayan qapıçı Fatih Öztürkü heyətinə cəlb edib. 33 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, F.Öztürk 2019/2020 mövsümündə Türkiyə Superliqasında 34 matçda meydana çıxıb.