"Qalatasaray"dan yeni transfer

“Qalatasaray” heyətinə yeni futbolçu cəlb edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Rizəspor”dan ayrılan Oğulcan Çağlayanla 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 24 yaşlı hücumçu ötən mövsüm “Rizəspor”un heyətində 24 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə edib.