"Qalatasaray"ın oyunu ləğv olundu

“Qalatasaray”ın “Eyüpspor”la keçirməli olduğu yoldaşlıq görüşü təxirə salınıb.

Sportline.az klubun Feysbuk səhifəsinə istinadən xəbər verir ki, buna səbəb rəqib komandanın oyunçularından birində koronavirus aşkarlanmasıdır. Ona görə də bu gün saat 12:00-a təyin edilən matç baş tutmayıb. 

Bunun əvəzində Fatih Terimin komandasının klubun U-19 kollektivi ilə üz-üzə gələcəyi bildirilib.