"Qalatssaray" 2 futbolçuyla şəxsi razılıq əldə etdi
Türkiyə nəhəngi "Qalatasaray"ın 2 futbolçuyla şəxsi razılıq əldə etdiyi bildirilib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Borussiya Dortmund"da çıxış edən yarımmüdafiəçi Salih Özcan və "Roma"nın 26 yaşlı sağ cinah müdafiəçisi Zeki Çeliklə şəxsi razılıq əldə olunub.
"Qalatasaray" rəhbərliyi UEFA Avropa liqası başlamadan heyətini gücləndirmək qərarlna gəlib.
Qeyd edək ki, "Qalatasaray" klubu hər 2 futbolçu üçün ümumilikdə 20 milyon avro ödəməli olacaq.