Qapıçı millinin oyununu buraxacaq

Belçika millisinin qapıçısı Tibo Kurtua Belarusa qarşı keçirəcəkləri 2022-ci dünya çempionatının seçmə oyununu buraxacaq.

Sportline.az xəbər verir ki, 29 yaşlı qolkiper bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

O, komanda ilə Belarusa getməyəcəyini söyləyib: "Real Madrid"də vacib oyunum var və məni uzun səfər gözləyir. Düşünürəm ki, bu, digər qapıçılara da oynamaq üçün fürsətdir".

Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək Belarus - Belçika görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Belçika E qrupunda 13 xalla liderdir. "Real Madrid" sentyabrın 12-də La Liqanın IV turunda "Selta Viqo"nu qəbul edəcək.