"Qarabağ" bu ay üç oyun keçirəcək
"Qarabağ" komandası yeni ilin ilk ayında 3 oyun keçirəcək.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan çempionu iki rəsmi, bir yoxlama matçında azarkeşlərini sevindirməyə çalışacaq.
"Köhlən atlar" yanvarın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda "Zirə" ilə yoxlama görüşü keçirəcəklər.
Komanda yanvarın 23-də həmin stadionda Azərbaycan Premyer Liqasının 19-cu turunun "Araz - Naxçıvan"la oyununa çıxacaq.
Yanvarın 26-28-i tarixlərində isə Ağdam təmsilçisini "Kəpəz"lə səfər matçı gözləyir.
Bu qarşılaşmanın dəqiq tarixi hələ müəyyənləşməyib.