"Qarabağ"ın futbolçusu Afrika Millətlər Kubokunda
Yanvarın 14-də Afrika Millətlər Kubokunda mübarizə başlanacaq.
Artıq müxtəlif qitələrdə karyeralarını davam etdirən futbolçular milli komandaların düşərgəsində bir araya gəlməkdədirlər.
Azərbaycan çempionu "Qarabağ"ın heyətindəki afrikalı oyunçulardan yalnız biri sözügedən yarışda forma geyinəcək.
Bu haqda Sportline.az-a "Qarabağ"ın mətbuat katibi Anar Hacı məlumat verib.
Onun sözlərinə görə, söhbət 30 yaşlı yarımmüdafiəçi Patrik Andradedən gedir.
Kabo Verde millisinə dəvət alan təcrübəli futbolçu yanvarın 1-dən seçmə komandanın düşərgəsindədir.