"Qarabağ"ın futbolçusu milliyə dəvət olunub
"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo Verde millisinə dəvət edilib.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun matçları üçün milli komandaya çağırılıb.
Andradenin şərəfini qoruduğu seçmə komanda Misir, Qana və Mozambiklə birlikdə B qrupunda çıxış edəcək.
Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-dək Fil dişi Sahilində keçiriləcək.