"Qarabağ"ın sabiq futbolçusundan geridönüş
"Qarabağ"ın sabiq futbolçusu, hazırda "Flamenqo"nun formasını geyinən Juninyo yenidən səhnəyə çıxıb.
Sportline.az xəbər verir ki, 27 yaşlı forvard A seriyasının 12-ci turunda "Sport Resife"nin qapısına yol tapıb.
56-cı dəqiqədə meydana daxil olan hücumçu 5 dəqiqə sonra fərqlənib.
Qarşılaşma "Flamenqo"nun 5:1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, bu Juninyonun 7 aylıq fasilədən sonra ilk qoludur.