Qaret Beylin taleyi necə olacaq?

"Real"ın futbolçusu Qaret Beyl Madrid klubunda qala bilər.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" uelsli oyunçu üçün heç bir klubdan təklif almayıb. Buna görə onun hazırkı klubunda qala biləcəyi vurğulanıb.

"Nyukasl"ın Beyli transfer etmək istədiyi bildirilib. Ancaq oyunçu üçün İngiltərə klubundan təklif göndərilmədiyi vurğulanıb.

"Real" Beylin tezliklə oyununda irəliləyiş edəcəyini gözləyir.