Qari Nevill "Nyukasıl Yunayted"in baş məşqçisi haqqında danışıb

Futbol mütəxəssislərindən olan Qari Nevill "Nyukasıl Yunayted"in baş məşqçisi Eddi Hounun komandadakı təsirindən danışıb.

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, keçmiş futbolçu təcrübəli mütəxəssis haqqında danışarkən:" Eddi "Nyukasıl Yunayted"də əla işlər gördü. Amma son zamanlar düzgün olmayan şeylər var. 8 matçdan 7-də məğlub oldular. 4-cü sıradan 9-cu pilləyə endilər. Əminəm ki hər şey yaxşı olacaq və "Nyukasıl Yunayted" İngiltərə Kubokunda "Sanderlend"ə qalib gələrək növbəti mərhələyə yüksələcək",-deyib.

Qeyd edık ki, Eddi Hou 2021-ci ildən "Nyukasıl Yunayted"in çalışdırıcısdır.