"Qalatasaray"ın futbolçusu zədələndi

Türkiyə Superliqasının 10-cu turunda "Rizəspor"la matçda zədələnən "Qalatasaray"ın Şener Özbayraklının son durumu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu barədə klubun həkimi Yener İnce "GS TV"yə açıqlamasında bildirib. O, sağ ayaq əzələsində problem olan 29 yaşlı müdafiəçinin 6-8  həftə yaşıl meydanlardan uzaq qalacağını söyləyib.

Qeyd edək ki, Ş.Özbayraklı bu ilin yayından İstanbul təmsilçisində oynayır.