"Qaziantepspor"un baş məşqçisi xəstəxanaya yerləşdirilib
"Qaziantepspor"un baş məşqçisi Marius Sumudiça təcili olaraq xəstəxanaya yerləşdirilib.
Sportline.az Sporx.com-a istiadla xəbər verir ki, klub rəsmiləri baş məşqçinin son günlərdə ağrılarından şikayət etdiyini və gecə xəstəxanya yerləşdirildiyini bildiriblər.
Maris Sumudiçanın uzun müddət komandaya rəhbərlik edə bilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, klubun rəsmi səhifəsində paylaşım olunaraq :"Narahtlıqa ehtiyac yoxdur. Hər şey qaydasındadır və ən qısa zamanda işinə geri dönəcək",-deyilib.