Qətər 2020-nin topu təqdim olundu

2022-ci il Dünya çempionatının rəsmi topu təqdim olunub.

Sportline.az xəbər verir ki, Adidas firmasının hazırladığı top - AL Rihla, ərəbcədən tərcümədə "səyahət" adlandırılıb.

Qeyd edək ki, Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.