Qətər dünya çempionatına hazırlaşır
Qətərdə keçiriləcək dünya çempionatının başlamasına təxminən 1 il qalır.
Sportline.az xəbər verir ki, turnirin açılış matçı 2022-ci il noyabrın 21-də 60 min azarkeş tutumuna malik “Əl Beyt” stadionunda keçiriləcək.
Qətər mundialı qəbul edən ən kiçik ölkə olacaq. Bütün arenalar paytaxt Doha və ətrafında yerləşdiyindən azarkeşlər eyni gündə stadionlarda birdən çox oyuna baxa biləcəklər. Təşkilat komitəsinin məlumatına görə, çempionat üçün nəzərdə tutulan 8 stadiondan 5-də artıq hazırlıq işləri yekunlaşıb. “Ras Abu Abud” arenası qrup mərhələsinin 7 matçına ev sahibliyi edəcək. Final qarşılaşması isə “Lusayil” stadionunda təşkil oluacaq.
Qətərin mürəkkəb iqlim şəraitinə görə bütün arenalarda havanın temperaturunu stabil saxlamaq üçn xüsusi cihazlar quraşdırılacaq. Qətər dünya çempionatını 1 milyon 200 minə yaxın azarkeşin canlı izləyəcəyi ehtimal edilir. Bütün futbolsevərlər vaksinasiya olunmalı və müntəzəm testlər verməlidir.
Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı 2022-cil noyabrın 21-dən dekabrın 18-ə qədər davam edəcək.