Qətərdə dünya çempionatı üçün gerisayım saatı istifadəyə verilib
Qətərin paytaxtı Dohada 2022-ci il dünya çempionatı üçün xüsusi saat istifadəyə verilib.
Sportline.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, burada yarışın başlanmasına qədər gerisayım göstəriləcək.
Ali futbol qurumunun prezidenti Canni İnfantino Qətərdəki təşkilatçılığı yüksək qiymətləndirib: "Onillliklər ərzində idman tədbirlərinin təşkili ilə məşğul olmuşam. Lakin burada olanlara bənzər bir şey görməmişəm. Hər şey hazırdır. Qətərin fantastik stadionları var. Azarkeşlər burada unudulmaz təcrübə yaşayacaqlar".
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda 32 ölkənin iştirakı ilə baş tutacaq.