"Qolden Steyt" gərgin mübarizədən məğlub ayrıldı

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, azarkeşlər növbəti oyun günü daha üç oyuna şahidlik ediblər.

Maraqla gözlənilən "Qolden Steyt Uarriors" və "Hyuston Rokets" komandalarının duelində qalib overtaymda müəyyənləşib. Oyunun sonlarında üstünlüyə yiyələnən Hyuston basketbolçuları yekunda qələbə qazanıblar.

"Sen Antonio Spörs" - "Toronto Reptors" - 125-127

"Sakramento Kinqs" - "Denver Naqqets" - 113:117

"Qolden Steyt Uarriors" - "Hyuston Rokets" - 134:135 (overtaym)