"Qranada" Zidanı transfer etmək niyyətindədir

"Qranada" "Eybar"ın qapıçısı Luka Zidanı transfer etməyi planlaşdırır.

Sportline.az Marca-ya istinadla xəbər verir ki, La Liqanı tərk edən "Qranada" komandası heyətini qapıçı ilə gücləndirmək istəyir.

Yaxın günlərdə 26 yaşlı qapıçı üçün "Eybar' klubuna rəsmi təklif göndəriləcək.

Luka Zidanın hazırki klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Qeyd edək ki, "Qranada" ötən mövsüm La Liqada 20-ci pilləni tutaraq elitanı tərk edib.