Quti klubsuz qaldı

İspaniyanın "Almeria" klubunun baş məşqçisi Quti istefaya göndərilib.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu gün qərar rəsmən açıqlanacaq.

Klub rəhbərliyi Sequndanın 35-ci turunda evdə "Alkorkon"a məğlubiyyətdən (0:1) sonra Quti ilə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, "Real"ın əfsanəvi oyunçusu ötən ilin noyabrından komandaya rəhbərlik edirdi. "Almeria" hazırda 56 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.