Qvardyola dünya çempionu ilə üz-üzə
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola digər idman növündə bacarığını sınayıb.
Sportline.az xəbər verir ki, o, şahmat üzrə dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib.
Dünya şöhrətli idman adamları PUMA-nın yeni fotosessiyasında rastlaşıblar.
Qeyd edək ki, Maqnus Karlsen futbol idman növünün pərəstişkarlarından sayılır.
O, yaxın günlərdə Səmərqənddə titullarının müdafiəsinə qalxacaq.