Rafinyanın "Barselona"dakı gələcəyinə aydınlıq gətirilib

"Barselona" klubu təcrübəli sol cinah hücumçusu Rafinyayla bağlı yekun qərarını verib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 27 yaşlı braziliyalı futbolçu qış transfer pəncərəsində komandadan ayrılacaq. 

"Barselona" klubu futbolçunu transfer etmək istəyən komandalardan 50 milyon avro tələb edib.

Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona" forması ilə çıxdığı 17 oyunda 3 qol, 7 asistlə yadda qalıb.