Ramil Şeydayev "Trabzonspor"da rəsmi debüt etdi, qol vurud
Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Trabzonspor"da rəsmi debüt edib. SportLine.az xəbər verir ki, Türkiyə kuboku çərçivəsində keçirilən "Serhat Ardahanspor"a qarşı görüşdə 64-cü dəqiqədə meydana daxil olan futbolçu Qara dəniz təmsilçisinin heyətində qol hesabını açıb. Millimizin hücumçusu 85-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, "Trabzonspor" - "Serhat Ardahanspor" matçı 1-cilərin 6:0 hesablı qələbəsi ilə başa çatıb.