Ramil Şeydayevin transfer qiyməti açıqlandı
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” klubunun dəyəri açıqlanıb. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisinin hazırkı heyətinin ümumi qiyməti 63 milyon 350 min avro təşkil edir.
Ötən mövsüm isə bu rəqəm 128 milyon 735 min avro olub.
Ən bahalı futbolçu Onur Kıvrakdır. Uğursuz çıxış onun transfer dəyərini 10 milyondan 6 milyon 750 min avroya salsa da, heyətdə ən çox qazanan futbolçu hesab olunur.
Ramil Şeydayev isə komandanın ən ucuz əcnəbi futbolçusudur. 20 yaşlı forvardın dəyəri 500 min avro ilə ölçülür.
Qeyd edək ki, “Trabzonspor”un heyətində rəsmi debütünü Türkiyə Kubokunun I seçmə mərhələsində “Ardahanspor”la matçda edən Ramil Şeydayev 6:0 hesablı qələbəyə 1 qolla töhfə verib.