"Ramos tarixin ən yaxşı müdafiəçisidir"

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın kapitanı Serxio Ramos haqda danışıb.

Sportline.az İspaniya mətbuatlna istinadən xəbər verir ki, o, 34 yaşlı oyunçunu futbol tarixinin ən yaxşı müdafiəçisi hesab edib:  "Ramos ən yaxşı müdafiəçilərdən biridir. Bunu "Real"dakı çıxışları ilə sübut etdi. Məncə tarixin ən yaxşı müdafiəçisidir".

Qeyd edək ki, Ramosun hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.