Rasmus Höylund İtaliya klubundan təklif alıb

"Atalanta" "Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund üçün təklif göndərib.

Sportline.az xəbər verir ki, bu haqda "The Sun Football" nəşri məlumat yayıb.

22 yaşlı hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Höylund İngiltərə klubundan ayrılmaq istədiyini rəhbərliyinə bildirib.

Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.

Xatırladaq ki, Höylund 2023-ci ilin yayında "Atalanta"dan "Mançester Yunayted"ə 77.8 milyon avro qarşılığında transfer olmuşdu.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 8 qol 4 məhsuldar ötürmə müəllifi olub.