"Real" azarkeşlərinə şad xəbər

"Real" La Liqanın 28-ci turu çərçivəsində "Eybar"la oynanılacaq matçda Marko Asensio və Eden Azarın xidmətindən istifadə edə biləcək.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, baş məşqçi Zinəddin Zidan hər iki futbolçunun oynamağa hazır olduğunu bildirib:

"Yaxşı xəbər ondan ibarətdi ki, Azar və Asensionun pandemiya dönəmi əlaqədar yaranan fasilədə bərpa prosesini tamamlamaq üçün kifayət qədər zamanı oldu. Onlar hər ikisi komanda ilə birlikdə məşq edirlər və "Eybar"a qarşı oynamağa hazırdılar. Bu, bizim üçün əladı".

"Real" - "Eybar" oyunu sabah keçiriləcək.