"Real" bu gün "transfer bombasını partlada" bilər
"Real" bu gün Kilian Mbappenin transferini reallaşdıra bilər.
Sportline.az xəbər verir ki, bu haqda Fransanın məşhur "L'Equipe" nəşri məlumat yayıb.
Mənbə bildirir ki, bu məsələ artıq tam həllini tapıb və müqavilənin şərtlərini razılaşdıran tərəflər anlaşmaya imza atıblar.
Qeyd edək ki, 2017-ci ildən PSJ-nin formasını geyinən Mbappe son mövsümdə 44 qol və 10 məhsuldar ötürmə müəllifi olub.