"Real" çətinliklə qələbə qazandı

"Real" La Liqada növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, Madrid klubu 3-cü turda səfərdə "Betis"lə qarşılaşıb. Matç  qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu, Zinəddin Zidanın baş məşqçisi olduğu komandanın 2020/2021 mövsümündə ölkə çempionatında ilk qələbəsi olub.

"Betis" - "Real" - 2:3
Qollar:
 Valverde, 14 (0:1), Mandi, 35 (1:1), Karvalyo, 37 (2:1), Emerson, 48-avtoqol,  Ramos, 82-pen (2:3)

Bu nəticədən sonra "Betis" 6 xalla 2-ci, "Real" 4 xalla (2 oyundan) 5-cidir.