"Real" gənc oyunçusunu "Valyadolid"ə göndərib

"Real"ın yarımmüdafiəçisi Mario Martin icarə əsasında "Valyadoli"də keçib.

Sportline.az Marca.com-a istinadla xəbər verir ki, 20 yaşlı futbolçu yeni klubu ilə 2025-ci il iyunun 30-a qədər müqavilə imzalayıb.

Gənc futbolçu "Kral klubu"nun yetirməsi sayılır. O, əsas komanda ilə debüt matçında 2023-cü ildə Kral kubokunda çıxıb.Martin ümumillikdə "Real Madrid"də 4 oyun keçirib.

Qeyd edək ki, "Valyadolid" Liqaya "Espanyol" üzərində alınan 1-0 hesablı qələbə ilə başlayıb. Komanda 2-ci turda "Real"la qarşılaşacaq.