"Real" iki ulduz futbolçu ilə vidalaşacaq

Madrid "Real"ı iki ulduz futbolçusu ilə yolları ayıra bilər.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kral klubu Luka Modriç və Marselonu satmağa hazırlaşır.

Xorvatiyalı yarımmüdafiəçinin, rəqabətdə Federiko Valverdeyə, braziliyalı müdafiəçinin isə Ferlan Mendiyə uduzduğu bildirilir.

Xatırladaq ki, Marselo 2007-ci, Modriç 2012-ci ildən "Real"ın şərəfini qoruyur.