"Real" ispaniyalı müdafiəçiyə yeni kontrakt təklif edib
"Real" Madrid təcrübəli müdafiəçisi Naço Fernandesə yeni müqavilə təklif edib.
Sportline.az xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.
34 yaşlı futbolçunun klubla hazırki müqaviləsi 2024-cü il iyunun 30-na kimidir.
Mənbənin sözlərinə görə, Naço "Kral Klubu"ndan müqaviləni daha bir mövsüm uzatmaq təklifi alıb.
Daha əvvəl bildirilmişdi ki, "Real" Madridin baş məşqçisi Karlo Ançelotti daha bir mövsüm Madrid klubunda qalmaq xahişi ilə Naçoya şəxsən müraciət edib.