"Real" Kross və Modriçlə bağlı qərar verib
"Real" Luka Modriç və Toni Krosla yola davam etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, madridlilər təcrübəli futbolçulara yeni müqavilə təklif edəcəklər.
Bu haqda İspaniyanın nüfuzlu "Marca" nəşri məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə bu futbolçulardan yalnız birinin komandada saxlanacağı bildirilirdi.
Modriç cari mövsümdə 43 oyuna 2 qol, 8 asistlə, Kross isə 45 oyuna 1 qol, 8 asistlə yadda qalıb.