"Real" liderliyini davam etdirdi

İspaniya La Liqasında 31-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Real" evdə "Malyorka"nı 2:0 hesabı ilə məğlub edib.

"Real" 68 xalla çempionatın turnir cədvəlində 1-cidir. Eyni xala malik olan "Barselona" 2-ci yerdə qərarlaşıb. "Malyorka" 26 xalla 18-ci sıradadır.

"Real" - "Malyorka" - 2:0

Qollar: Vinisius Junior, 19, Serxio Ramos, 56