Madrid "Real"ı bir mövsüm ərzində gəliri 1 milyard avronu keçən ilk futbol klubu olub

Madrid "Real"ı bir mövsüm ərzində 1 milyard avro gəlir əldə edən ilk futbol klubu olub.

Sportline.az xəbər verir ki, bu barədə "Kral klubu"nun rəsmi saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, Kral klubu 2023/2024 mövsümündə 1,073 milyard avro qazanıb.2022/2023 mövsümündə ümumi gəlir 843 milyon avro təşkil etmişdir.

Xatırladaq ki, Madrid klubu ötən mövsüm La Liqanın və Çempionlar Liqasının qalibi olub.