"Real Madrid" Kilian Mbappedən əl çəkmir
"Real Madrid" fransalı gənc hücumçu Kilian Mbappe üçün "PSJ" klubuna 150 milyon avro təklif etməyə hazlrlanır.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İspaniya klubu Kilian Mbappeyə illik 30 milyon avro maaş təklif edəcək.
Fransalı gənc hücumçu "Real Madrid"in təklifini qəbul etməyə hazırlanır.
Qeyd edək ki, "Real Madrid" klubu daha öncə futbolçunu transfer etmək istəsə də Kilian Mbappe "PSJ" klubuyla yeni müqavilə imzalamışdı.