"Real Madrid'də Kilyan Mbappenin imza günü
"Real Madrid" PSJ-dən heyətinə qatdığı Kilyan Mbappe üçün bu gün imza mərasimi keçirəcək.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 5 illik müqaviləyə imza atacaq futbolçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.
"Santiaqo Bernabeu"da təşkil olunacaq imza mərasimi öncəsi tibbi müayinədən keçəcək ulduz futbolçu rəsmi imzadan sonra azarkeşlərin qarşısına çıxacaq.
80 mindən çox azarkeşin iştirakı gözlənilən mərasimin bütün biletləri satılıb.
Qeyd edək ki, PSJ ilə müqaviləsi ötən mövsümün sonunda başa çatan ulduz futbolçu Fransa klubunun heyətində ümumillikdə 308 oyunda 256 qol və 108 asistlə yadda qalıb.