"Real Madrid"in məşhur futbolçuları koronavirusa yoluxdular

İspaniyanın "Real Madrid" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Sportline.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Kazemiro və hücumçu Eden Azarın testi müsbət nəticələnib.

Hazırkı ölkə çempionunun digər oyunçularında və məşqçilər korpusunun üzvlərində infeksiya aşkarlanmayıb. Koronavirusa yoluxmuş hər iki futbolçu karantinə alınıb.